Home Ölkə Binəqədidə yeni TƏYİNATLAR

Binəqədidə yeni TƏYİNATLAR

221
0

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yeni müdir təyin olunub.

PEYK.AZ xəbər verir ki, RİH-dən modern.az-a verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə Nicat Elman oğlu Allahverdiyev İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

N.Allahverdiyev bu vəzifəyə qədər Binəqədi RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.

İcra başçısının digər əmri iləAynur Hüseyn qızıQuliyeva İnformasiya təminatı və təhlil sektorunun müdiri təyin olunub.

A.Quliyeva isə buna qədər Binəqədi RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində dəftərxana işinin aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Xatırladaq ki, sabiq icra başçısı Xaləddin İsgəndərovun 2015-ci ilin oktyabr ayında Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir vəzifəsinə təyin etdiyi Elman Dadaşovu bu ilin noyabr ayında yeni icra başçısı Elxan Allahverdiyev işdən azad edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here