Bir gündə 38 milyard dollarlıq sifariş qəbul etdilər - REKORD

Çinin dünyaca məşhur “Alibaba” elektron ticarət şirkətinin platformalarında noyabrın 11-də 268,4 milyard yuan (38,4 milyard ABŞ dolları) məbləğində sifariş qəbul olunub. Bununla da şirkətin ötən ilki rekordu (30,4 milyard dollar) yenilənib.

Bir gündə 38 milyard dollarlıq sifariş qəbul etdilər - REKORD
https://peyk.az

Peyk.az publika.aza istinadən xəbər verir ki, hər il 11-ci ayının 11-ci günündə Çində keçirilən "Yalnızlar günü"ndə “Alibaba”nın Çində və xaricdə qeydiyyatdan keçmiş milyonlarla müştərisi müxtəlif endirim kampaniyasından yararlanıblar.

Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11 noyabr tarixində “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti tərəfindən 2009-cu ildən etibarən onlayn satış platformalarında bu kampaniya tətbiq olunur.