“Biz orta əsrlərdə yaşamırıq” – Sulşerdən cavab gəldi

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer komandanın keçmiş hücumçusu Robin van Persinin tənqidinə münasibət bildirib.

“Biz orta əsrlərdə yaşamırıq” – Sulşerdən cavab gəldi
https://peyk.az

Sabiq hollandiyalı futbolçu bugünlərdə deyib ki, Sulşer uduzduğu oyundan sonra çox gülür, amma o, məyus olmalıdır.

Peyk.az “The Telegraph”a istindən xəbər verir ki, norveçli mütəxəssis deyib: “Mən Robini tanımıram,  o da məni tanımır. Onun məni tənqid etməyə haqqı yoxdur. Mən dəyişməyəcəyəm. Bu, dəqiqdir. O, mənim geyimdiyim 20 nömrəli formanı götürmüşdü. Robinin məndən alacağı yeganə şey yalnız bu ola bilər. Biz orta əsrlərdə yaşamırıq ki, işləyərkən qəzəblənək”.

Qeyd edək ki, Sulşer MY-ni futbolçu kimi 2007-ci ildə tərk edib. Van Persi isə 2012-15-ci illərdə bu klubda oynayıb.