Home İdman Bizdən daha yaxşı komandalar ola bilər, amma… – Mourinyo

Bizdən daha yaxşı komandalar ola bilər, amma… – Mourinyo

130
0

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Yanq Boys”u 1:0 hesabıyla məğlub edən “Mançester Yunayted”in baş məqşçisi Joze Mourinyo matçdan sonra maraqlı açıqlama verib.

Peyk.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qrupdan çıxmağı hədəfləyən “qırmızı şeytanlar”ın baş məşqçisi qapıçı David De Xeanın komandada qalmasını istədiyini bildirib:

“O, dünyanın ən yaxşı qapıçısıdır. Qalib gələn klub olmaq istəyirsizsə,ən yaxşı qapıçılara və futbolçulara ehtiyacınız var. De Xeanın qalmasını istədiyimi özünə də dedim”.

“Çempionlar Liqasında iştirak etdiyim 14 mövsümün hamısında qrupdan çıxdım. Çempionlar Liqasında olmadığım bir mövsümdə isə Avropa Liqasını qazandım.

Qrupdan çıxmaq böyük uğur deyil, amma uğurdur. Bizdən daha yaxşı komandalar ola bilər, amma hər şey 1/4 finaldan sonra bəlli olacaq”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here