Home İdman “Bizim qrupa nə çətin, nə də asan demək olar”.

“Bizim qrupa nə çətin, nə də asan demək olar”.

146
0

“Bizim qrupa nə çətin, nə də asan demək olar”.

PEYK.Az fanat.az-a istinadən bildirir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.

AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirən mütəxəssis E qrupundakı rəqibləri barədə fikirlərini açıqlayıb: “Bizi Slovakiya və Macarıstana yaxın səfərlər gözləyir. Uels isə bizdən sonra qrupun ikinci komandası sayılır. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Bu qısa – 8 aylıq seçmə mərhələdə ən yaxşı olmalıyıq. Uels millisi son vaxtlar çox yaxşı çıxış edir. Onlarla bizi böyük döyüş gözləyir. Slovakiya son Avropa çempionatında yaxşı oynayıb. Macarıstanı da unutmaq olmaz. Özümüzə inanmalı, final mərhələsinə qatılmaq haqda fikirləşməliyik. Dünya çempionatında səviyyəmizi göstərəndən sonra hər komanda bizə qarşı yaxşı oynamaq və qalib gəlmək istəyir. Azərbaycanla son rəsmi görüşdə 0:0 hesablı heç-heçə etmişiksə, deməli, hər oyuna məsuliyyətlə yanaşmalıyıq. 5 komandalı qrupa düşməyimiz bizə 2 yoxlama oyunu keçirmək imkanı da verir”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here