BMT-də rus-ingilis davası: “Bu hücumlar davam eləsə...”

İngiltərənin BMT-dəki səfiri Karen Pirke Rusiya və Suriya rejimini mülki insanların olduğu yerləri və xəstəxanaları bombalamaqla beynəlxalq insan hüquqlarını pozmaqda ittiham edib.

BMT-də rus-ingilis davası: “Bu hücumlar davam eləsə...”
https://peyk.az

Peyk.az xəbər verir ki, hazırda İngiltərənin BMT-dəki səfiri eyni zamanda qurumun Təhlükəsizlik Şurasına dönəm sədrliyini həyata keçirir.

Səfir əlavə edib ki, bu hallar dayandırılmasa onlar başqa yollara əl atmalı olacaqlar. O, ittihamlarını Suriya məsələsinin müzakirəsi zamanı səsləndirib.

Pirkenin ittihamlarını cavablayan Moskva və Dəməşqin BMT-dəki səfirləri isə qərbi terrorçulara dəstək verməkdə günahlandırıb.

Rusiyanın BMT-dəki səfiri Dmitri Polyanski Cenevrə müzakirələrinə qatılanların müxalif, qatılmayanların isə terrorçu olduğunu söyləyib, terrorçuların mülayim müxalifət kimi göstərilməsinə etiraz edib.

İngiltərənin BMT-dəki səfiri Pikre isə təkrar söz alaraq Rusiya və Suriyanın “Qərbi terrora dəstək verməkdə” ittiham etməsini ağ yalan adlandırıb: “Qərbə yönəlik hücumlar və terrora dəstək ittihamları dayandırılmalıdır. Biz BMT-nin Suriyada sülh yaratması üçün çalışırıq, humanitar yardımklar üçün maliyyə ayırırıq. Belə hücumlara layiq deyilik. BMT xaricində bu kimi açıqlamalar olarsa, qanuni proseslərə baş vuracağıq”.