BNA vətəndaşlara tibbi maska paylayıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi aksiya çərçivəsində könüllülər tərəfindən maska paylanılıb

BNA vətəndaşlara tibbi maska paylayıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi aksiya çərçivəsində ;könüllülər tərəfindən ;bu dəfə "Gənclik" metrostansiyası ətrafında yerləşən dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylanılması, eləcə də sərnişinlərin ;maarifləndirilməsi həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Agentlikdən verilən məlumatda deyilir.

Bildirilir ki, ;aksiya qarşıdakı günlərdə də davam edəcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.