Boksçu hakimi 6-cı saniyədə nokauta salıb +VİDEO

Yaponiyada keçirilən Birma boksu üzrə turnirdə xoşagəlməz hadisə baş verib.


Femida.az -ın məlumatına görə, “Lethwei 14 in Japan” turnirinin döyüşü zamanı hakim nokauta düşüb.

Referi birinci raundun gedişində boksçuları ayırmağa çalışıb. Bu zaman idmançılardan birinin qüvvətli zərbəsi təsadüfən hakimə tuş gəlib. Döyüşün 6-cı saniyəsindəki bu zərbə referinin yerə yıxılması ilə nəticələnib. Görüş bu səbəbdən dayandırılıb.