BOKT-ların cəmi aktivlərinin həcmi 5,4 faiz artıb

Bank olmayan kredit təşkilatlarının (BOKT) sentyabr ayının sonuna olan cəmi aktivlərinin həcmi 331,5 milyon manat olub. Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon manat və ya 5,4 faiz artıb. BOKT-ların müştərilərə...

BOKT-ların cəmi aktivlərinin həcmi 5,4 faiz artıb

Bank olmayan kredit təşkilatlarının (BOKT) sentyabr ayının sonuna olan cəmi aktivlərinin həcmi 331,5 milyon manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon manat və ya 5,4 faiz artıb.

BOKT-ların müştərilərə verilən kreditlərinin həcmi isə ötən ilə nisbətən 20,4 milyon və ya 8 faiz artaraq 275,4 milyon manat olub. Burada xalis kreditlərin həcmi 235,2 milyon manatdır.

Qeyd edək ki, bank olmayan kredit təşkilatlarının icmal balansına “Aqrarkredit” QSC-nin göstəriciləri istisna edilib.

Nigar Məmmədova