Boliviyada 30-dan çox məhbus koronavirusa yoluxdu

Boliviyanın Palmasola cəzaçəkmə müəssisəsində məhbuslar koronavirusa yoluxub.

Boliviyada 30-dan çox məhbus koronavirusa yoluxdu

Boliviyanın Palmasola cəzaçəkmə müəssisəsində məhbuslar koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “El Deber” nəşri məlumat yayıb.

Ölkənin penitensiar xidmətinin rəisi Klemente Silva bildirib ki, hazırda 30-dan çox məhbusun COVID-19 testi müsbət olub, 103 məhbus koronavirus şübhəsi ilə həkim nəzarəti altındadır.

Hazırda koronavirusa yoluxanlar təcrid olunub.

Qeyd edək ki, Palmasola cəzaçəkmə müəssisəsi Boliviyanın ən böyük həbsxanasıdır. İki həftə əvvəl burada üç məhbus ölmüşdü. Onlarda COVID-19 infeksiyasının əlamətləri müşahidə edilib.

Boliviyanın digər cəzaçəkmə müəssisəsilərində koronavirusa yoluxma halları hələ müəyyən edilməyib.