Boliviyanın müvəqqəti prezidenti koronavirusa qalib gəldi

Boliviya prezidentinin vəzifələrini müvəqqəti icra edən Janin Anyes koronavirusdan sağaldığını elan edib. Oxu.Az xəbər verir ki, J.Anyes bu barədə “Twitter” səhifəsində məlumat verib. J.Anyes qeyd edib ki, artıq səlahiyyətlərinin icrasına başlayıb: “Xəstəliyim zamanı mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Məni...

Boliviyanın müvəqqəti prezidenti koronavirusa qalib gəldi

Boliviya prezidentinin vəzifələrini müvəqqəti icra edən Janin Anyes koronavirusdan sağaldığını elan edib.

Oxu.Az xəbər verir ki, J.Anyes bu barədə “Twitter” səhifəsində məlumat verib.

J.Anyes qeyd edib ki, artıq səlahiyyətlərinin icrasına başlayıb: “Xəstəliyim zamanı mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Məni xəstəxanadan evə buraxdılar, artıq işimə qayıdıram”.

Xatırladaq ki, Boliviya parlamentinin spikeri Eva Kopa da COVID-19-a yoluxub və müalicəsini davam etdirir.