“Bombardier” 2,5 min işçisini ixtisar edir

Aviasiya və dəmiryol sektorunda təxminən 60 min işçisi olan “Bombardier” ixtisarlar ilə 40 milyon ABŞ dollara qənaət etməyi planlaşdırır

“Bombardier” 2,5 min işçisini ixtisar edir

Koronavirus pandemiyasının vurduğu zərəri azaltmaq üçün Kanadanın biznes təyyarələrinin istehsalçısı “Bombardier Inc” ümumi iş gücünün 11%-ni və ya 2 500 işçisini ixtisar edəcək.

“Report” bu barədə ;“Reuters”ə istinadən xəbər verir.

"Hazırda böhrandan möhkəm bir şəkildə çıxmaq üçün əməliyyatlar və işçi qüvvəsi tənzimlənməlidir. Belə ki, pandemiya dövründə “Bombardier” biznes ;təyyarələrinin tədarükünü 30% azaldıb", - şirkətin açıqlamasında bildirilib.

Qeyd edək ki, aviasiya və dəmir yolu sektorunda təxminən60min işçisi olan “Bombardier” ixtisarlar ilə 40 milyon ABŞ ;dollarına qənaət etməyi planlaşdırır.

Xatırladaq ki, fevral ayında biznes ;təyyarələrinin ;istehsalı sektorundan çıxmağa razılıq verən şirkət dəmir yolu biznesini isə Fransanın TGV sürətli qatar istehsalçısı “Alstom”a 6,2 milyard avroya (7,02 milyard ABŞ dollarına) satmaq üçün danışıqlar aparırdı.