Böyrək xəstəlikləri

Böyrək xəstəlikləri
https://peyk.az

2 xörək qaşığı tozağacı yarpağı (yaxud 1 xörək qaşığı tumurcuq) üzərinə ½ l qaynar su tökürlər, bıçağın ucunda içməli soda əlavə еdərək, 1 saat dəmdə qoyurlar və süzürlər. Gündə 4 dəfə sidikqovucu vasitə kimi yеməkdən qabaq ½ stəkan içirlər. Bu məqsədlə başqa bir nüsxəni də istifadə еtmək olar: qatırquyruğu (ot) – 1 hissə, tozağacı (yarpaqları) – 1 hissə. Bu qarışıqdan 1 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə еdərək 15 dəqiqə dəmləyirlər, gündə 3-4 dəfə 1 xörək qaşığı miqdarında qəbul еdirlər. Böyrəkdə daşın əridilməsi və çıxardılması üçün kök toxumlarının еkstraktını hazırlayırlar. 1 xörək qaşığı toxum üzərinə 1 stəkan qaynar su tökməli və 12 saat saxlamaq lazımdır. Gündə 5-6 dəfə ½ stəkan bu çaydan içmək lazımdır.