Home Mədəniyyət Böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

Böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək

136
0

Prezident İlham Əliyev dekabrın 17-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

PEYK.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturqun 120 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanaraq həyata keçirilməsi tapşırılıb.

Sərəncamda vurğulanılır ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.

Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here