Braziliyada bir gündə 1 349 nəfər pandemiyanın qurbanı oldu

Braziliyada COVID-19-dan ölənlərin sayı yenidən artıb.

Braziliyada bir gündə 1 349 nəfər pandemiyanın qurbanı oldu

Braziliyada COVID-19-dan ölənlərin sayı yenidən artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son 24 saatda 1 349 nəfər pandemiyanın qurbanı olub. Bununla da koronavirus qurbanlarının sayı 32 548 nəfərə çatıb.

Son məlumatlara görə, ölkədə COVID-19-a 584 016 yoluxma təsdiq edilib. Son bir gün ərzində virusa daha 28 mindən çox ;yeni yoluxma aşkarlanıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.