Braziliyada koronavirusa yoluxanların sayı 526 mini ötdü

Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 526 447 təşkil edir.

Braziliyada koronavirusa yoluxanların sayı 526 mini ötdü

Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 526 447 təşkil edir.

"Report" xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinə istinadən ;CNN bildirib.

Qeyd edilir ki, ölkədə son bir gün ərzində koronavirusa yeni 12 247 yoluxma aşkarlanıb. ;

Son sutkada 623 nəfər COVID-19-dan ölüb. ;Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 937 nəfərə çatıb. ;

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.