Braziliyada son sutkada 1,2 min insan koronavirusun qurbanı oldu

Braziliyada yeni koronavirusdan ölənlərin sayı 38 406 nəfərə çatıb.

Braziliyada son sutkada 1,2 min insan koronavirusun qurbanı oldu

Braziliyada yeni koronavirusdan ölənlərin sayı 38 406 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilir ki, son sutkada COVID-19-dan 1 272 nəfər ölüb.

Bu müddət ərzində Cənubi Amerika respublikasında virusa yeni 32 091 yoluxma aşkarlanıb. Bununla da COVID-19 xəstələrinin ümumi sayı 739 503 nəfərə çatıb. Virusa yoluxmuş 311 064 pasiyent sağalıb. Onlardan 21 024 nəfəri son sutkada evə buraxılıb.

Ölkədə infeksiyanın yayılmasının mərkəzi 21 milyon insanın yaşadığı cənub-şərq ştatı San-Paulo və onun eyniadlı paytaxtıdır. Regionda virusa 150 138 nəfər yoluxub, 9 522 insan ölüb.

Siyahıda yoluxma hallarının sayına görə ikinci yerdə qonşu Rio-de-Janeyro qərarlaşıb. Burada 72 979 COVID-19 xəstəsi qeydə alınıb. Eyni zamanda 6 928 insan ölüb. Şimal-şərq ştatı Searada virusa 68 384 yoluxmuş var, burada 4 309 nəfər pandemiyanın qurbanı olub. ;

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. ;