Bərdədə bərbəri qayçı ilə öldürdülər

"Ölkə.Az" bildirir ki, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, onu yanında təcrübəçi kimi çalışan şəxs qayçı ilə qətlə yetirib.

Bərdədə bərbəri qayçı ilə öldürdülər

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.apa