Bricit Bardo irqçi sözlərinə görə məhkəməyə çıxarılacaq

Vaxtilə çox məşhur fotomodel, aktrisa və yazıçı olan 85 yaşlı Bricit Bardo altıncı dəfə məhkəmə qarşısına çıxarılacaq. Bu barədə “Star News” xəbər verib. Bildirilir ki, qadın milli zəmində düşmənçilik yaratmaqda ittiham olunub. O, itlərdən köpək balıqlarına yem kimi istifadə etdikləri, həmçinin...

Bricit Bardo irqçi sözlərinə görə məhkəməyə çıxarılacaq

Vaxtilə çox məşhur fotomodel, aktrisa və yazıçı olan 85 yaşlı Bricit Bardo altıncı dəfə məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə “Star News” xəbər verib.

Bildirilir ki, qadın milli zəmində düşmənçilik yaratmaqda ittiham olunub.

O, itlərdən köpək balıqlarına yem kimi istifadə etdikləri, həmçinin ayin zamanı keçiləri öldürdükləri üçün Reyunyon adasının sakinlərini degenerat və aborigen adlandırıb.

İndi onu cəza gözləyir. Cərimənin miqdarı yaxın günlərdə müəyyən olunacaq.

Qeyd edək ki, ötən dəfə irqçi sözlərinə görə Bardo 15 min avro (27 690 AZN) məbləğində cərimələnmişdi.