Brilliantdan İNANILMAZ ETİRAF: 15-20 il sillə və təhqirlərə dözüb...

“Təəssüf ki, Azərbaycanda ailə dağılanda ancaq xanımı təqsirləndirirlər. Bəylərə baxırlar, deyirlər, çox mədəni adamdır. Elə insan var onun hər gün […]

Brilliantdan İNANILMAZ ETİRAF: 15-20 il sillə və təhqirlərə dözüb...

“Təəssüf ki, Azərbaycanda ailə dağılanda ancaq xanımı təqsirləndirirlər. Bəylərə baxırlar, deyirlər, çox mədəni adamdır. Elə insan var onun hər gün xanımına bir-iki sillə vurmağı heç kimin ağlına gəlməz”.

Peyk.az xəbər verir ki, bunu xalq artisti Brilliant Dadaşova açıqlamasında deyib.

Sənətçi xanımları ailədə şiddətə dözməməyə səsləyib. O, bacılarının da vaxtilə belə şiddətə məruz qaldığını etiraf edib:

“Xanımlar dözür, bir, iki, on beş, iyirmi ildən sonra qaçıb gedirlər, yenə də xanım təqsirləndirilir. Elə qürurlu xanım var, bir-iki il də dözməz, ayrılar. Amma hamısı yox. Məsəl üçün mənim bacılarım kimi, 15-20 il o silləyə və təhqirlərə dözüb. Amma ayrılandan sonra qadın qınanılır. Qızlara da deyirəm, pisdirsə, heç bir gün də dözməyin, ayrılın. Lazım deyil, çünki bu həyata bir dəfə gəlirik, sizə sillə viran, təhqir edən adamla yaşamağa dəyməz. Səbr eləmək düzgün deyil, qozbeli qəbir düzəldər. Hirslənmisənsə, divara, ya özünə vur, sındır nəyisə. Mən özüm heç yarım dənə silləyə də dözmərəm”.

Nehru

www.peyk.az