Britaniya kraliçasının nəvəsi milyarderə ərə gedir

Britaniya kraliçasının nəvəsi milyarderə ərə gedir
https://www.peyk.az

Böyük Britaniya kraliçası II Yelizavetanın nəvəsi, 31 yaşlı şahzadə Beatriss nişanlanıb. Onun sevib-seçdiyi şəxs 34 yaşlı milyarder Edoardo Mapelli-Motstsidir. “Qafqazinfo” bildirir ki, onların nişanlanması haqda məlumat Britaniya kral ailəsinin Tvitter hesabında verilib.

Metbuat.az xəbər verir ki,mərasimin bu ayın əvvəlində İtaliyada baş tutduğu qeyd edilib.

Cütlüyün toyu 2020-ci ildə olacaq. Kral ailəsi daha ətraflı məlumatı bir qədər sonra verəcək.

Qeyd edək ki, şahzadə Beatriss II Yelizavetanın oğlu – York hersoqu şahzadə Endrünun qızıdır.