Britaniya sakini koronavirus səbəbindən ailəsini itirdi – FOTO

Böyük Britaniyada iki həftə ərzində bir ailənin üç üzvü vəfat edib. “Metro” xəbər verir ki, ilk növbədə Staffordşir qraflığının Berton-apon-Trent şəhərinin sakinləri 84 yaşlı Kit Makvikar və onun həyat yoldaşı 82 yaşlı Cin vəfat edib. İki həftədən sonra isə onların...

Britaniya sakini koronavirus səbəbindən ailəsini itirdi – FOTO

Böyük Britaniyada iki həftə ərzində bir ailənin üç üzvü vəfat edib.

“Metro” xəbər verir ki, ilk növbədə Staffordşir qraflığının Berton-apon-Trent şəhərinin sakinləri 84 yaşlı Kit Makvikar və onun həyat yoldaşı 82 yaşlı Cin vəfat edib.

İki həftədən sonra isə onların 62 yaşlı qızı Ceyn Makvikar koronavirusla mübarizədə məğlub olub.

Makvikarların oğlu 60 yaşlı Riçard bu hadisələrdən olduqca sarsılıb.

“Özümü elə hiss edirəm ki, sanki kimsə sinəmi yarıb ürəyimi çıxarıb”, - deyə R.Makvikar qeyd edib.