Britaniyada bir gündə koronavirusdan 324 nəfər ölüb

Böyük Britaniyada 2 095 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Britaniyada bir gündə koronavirusdan 324 nəfər ölüb

Böyük Britaniyada 2 095 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, hazırkı dövrədək ölkədə 271 222 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Son 24 saat ərzində koronavirus infeksiyası324 xəstənin ölümünə səbəb olub. Ümumilikdə Britaniyada 38 161 xəstə COVID-19-dan ölüb. ;

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.