"Bu, əsl alçaqlıq və rəzillikdir" - qondarma "soyqırım qətnaməsi"nə Senatda veto qoyuldu

Peyk.az ABC-yə istinadən bildirir ki, respublikaçı senator, Senatın hüquq komitəsinin sədri Lindsi Qrem qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı 296 saytı qətnaməyə veto qoyub

https://peyk.az

L.Qrem bunu Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra deyib.

"Prezidentlər Ərdoğan və Trampla görüşdüm, Türkiyənin Suriyanın şimalına qoşun yeritməsindən sonra qarşılaşdığımız problemlər barədə danışdım. Ümid edirəm ki, Türkiyə və Ermənistan arasındakı problemləri iki ölkə öz aralarında həll edəcəklər", - L.Qrem deyib.

ABŞ Senatındakı qaydalara görə, senatorun biri Senatdakı qətnamə layihəsinin qəbuluna veto qoyaraq səsverməni ləğv etmək hüququna malikdir.

ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın 29-da qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan 296 saylı qətnaməni qəbul edib.