Bu 5 MƏHSULun gündəlik qəbulu QARACİYƏRinizi sağlam edəcək

Qidalanma sağlamlığımıza çox böyük təsir edir. Bəzi məhsulların müntəzəm istehlakı insanlarda müxtəlif xəstəliklərin riskini artırır.

Bu 5 MƏHSULun gündəlik qəbulu QARACİYƏRinizi sağlam edəcək

Qidalanma sağlamlığımıza çox böyük təsir edir. Bəzi məhsulların müntəzəm istehlakı insanlarda müxtəlif xəstəliklərin riskini artırır.

Məsələn, elmi araşdırmalar göstərir ki, kolbasa və sosis kimi məhsulların gündəlik istehlakı bağırsaq xərçənginin, şəkər və şirniyyatların müntəzəm qəbulu damar xəstəliklərinin riskini xeyli artırır.

Əksinə isə bəzi məhsulların müntəzəm istehlakı orqanizmi xəstəliklərdən qoruya bilir.

Mütəxəssislər qaraciyərin sağlamlığını qoruyan, qaraciyər piylənməsi və iltihabın riskini azaldan əsas 5  məhsulu təyin ediblər.

Saglamolun.az British Liver Trust nəşrinə istinadla oxucularını bu məhsulların siyahısı ilə tanış edir.

1. Qəhvə. Ekspertlərin müşahidələrinə görə, qəhvənin gündəlik istehlakı qaraciyəri fibroz, sirroz və xərçəngdən qoruyur. Mütəxəssislər qaraciyərin sağlamlığını qorumaq üçün hər gün 1-2 fincan təbii qəhvə içməyi tövsiyə edirlər.

2. Yaşıl çay. Yaponiyada aparılmış araşdırma göstərib ki, gündəlik olaraq yaşıl çay içməklə qaraciyərin sağlamlığını bərpa etmək mümkündür. Yaşıl çayın tərkibində olan katexinlər qaraciyərin sağlamlığına çox müsbət təsir edir, qaraciyərdə iltihabları azaldır.

3. Kələmin bütün növləri. Kələm qaraciyərin hüceyrələrini təmizləyir, qaraciyər piylənməsinin qarşısını alır.

4. Sarıkök. Güclü bioloji aktiv təsirinə malik olan bu ədviyyat qaraciyərin bərpasını sürətləndirir və təmizləyir.

5. Zeytun yağı. Qaraciyəri təmizləyir və qaraciyərdə piyin miqdarını azaldır.Peyk.Az

Peyk.Az