"Bu, açıq-aşkar bir savaş elanıdır..." -İranın BMT təmsilçisi...

İranın BMT yanında daimi nümayəndəsi Məcid Taxt-Ravançi Q.Süleymaninin öldürülməsinə görə çox sərt qisas alacaqlarını bildirib.

https://peyk.az

Peyk.az xəbər verir ki, Amerikanın NBC milli televiziyasına danışan Ravançi Süleymaninin İraq hökumətinin dəvəti ilə Bağdadda olduğunu və qətlin beynəlxalq hüquqa qarşı bir ləkə gətirdiyini deyib.

Ravaçi açıqlamasında, "Bu, ABŞ tərəfindən edilən bir xəyanətdir və silahlı qüvvələrimizin qiymətli generalına qarşı edilənlərə qarşı susa bilmərik. Harda, nə vaxt, necə bilmirəm, amma intiqamımız çox sərt olacaq".

Eyni gündə CNN televiziyasına da müsahibə verən Ravançi, "ABŞ ilə İran arasında müharibəmi başlayır?"-sualına belə cavab verib:

"Amerika İrana qarşı sadəcə iqtisadi deyil, bununla yanaşı, ölkəsində və bölgədə sevilən İran ordusunun ən yüksək çinli bir generalına qarşı sui-qəsd təşkil edərək onsuz da müharibəni başlatdı. Bu hadisəyə göz yuma bilmərik, İran öz seçiminə uyğun hərəkət edəcək".

O, ABŞ-ın beynəlxalq hüquqa zidd bir addım atdığını xatırladaraq gələcəkdə baş verən hadisələrə görə Vaşinqtonun məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, hadisəylə bağlı İranda üç gün matəm elan edilib.