Bu ay iki gün qeyri-iş günü olacaq

Noyabr ayında qeyri-iş günləri açıqlanıb.

Bu ay iki gün qeyri-iş günü olacaq
https://peyk.az

Peyk.az apaya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü qeyri-iş günüdür.

Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, yəni 11 noyabr tarixi də qeyri-iş günü olacaq.

Beləliklə, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.