Home Siyasət “Bu formatda danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb” – Elmar Məmmədyarov

“Bu formatda danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb” – Elmar Məmmədyarov

157
0

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

PEYK.AZ milli.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib: “Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb”.

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here