Bu gün Corc Floydla vida mərasimi keçiriləcək -FOTO

ABŞ-da polis tərəfindən ölümü kütləvi qarışıqlıqlara və etirazlara səbəb olmuş afroamerikalı Corc Floydun meyiti dəfn olunması üçün Hyustona gətirilib.

Bu gün Corc Floydla vida mərasimi keçiriləcək -FOTO

ABŞ-da polis tərəfindən ölümü kütləvi qarışıqlıqlara və etirazlara səbəb olmuş afroamerikalı Corc Floydun meyiti dəfn olunması üçün Hyustona gətirilib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən WBAL TV 11 (NBC kanalları qrupuna daxildir) telekanalı bildirib.

Vida mərasimində Amerikanın bir sıra siyasətçilərinin və hüquq müdafiəçilərinin iştirak edəcəyi gözlənillir. Xüsusi halda, mərhumun ailəsinə şəxsən başsağlığı vermək üçün mərasimə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyi ən çox ehtimal edilən Co Bayden gələcək.

Daha əvvəl Hyustonun polis rəisi Art Asevedo bildirib ki, Floydun ailəsi də həmçinin bazar ertəsi keçirilməli olan vida tədbirlərində iştirak etmək üçün Texasa gəlib.

Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq, ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə olunub.