Bu gün Sumqayıtın bəzi ərazilərində su olmayacaq - AÇIQLAMA

Sumqayıtın bəzi ərazilərində su təchizatı dayandırılıb. Oxu.Az xəbər verir ki, Sumqayıt şəhərinin 20 və 21-ci məhəllələrində, eləcə də ətraf ərazilərdə içməli suyun verilişində fasilə yaranıb. Məsələ ilə bağlı Sumqayıt Şəhər Sukanal İdarəsindən verilən məlumata görə, sözügedən əraziləri su ilə təmin edən əsas...

Bu gün Sumqayıtın bəzi ərazilərində su olmayacaq - AÇIQLAMA

Sumqayıtın bəzi ərazilərində su təchizatı dayandırılıb.

Oxu.Az xəbər verir ki, Sumqayıt şəhərinin 20 və 21-ci məhəllələrində, eləcə də ətraf ərazilərdə içməli suyun verilişində fasilə yaranıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Sukanal İdarəsindən verilən məlumata görə, sözügedən əraziləri su ilə təmin edən əsas xətdə qəza baş verib:

“Şəhərin Bakı küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən keçən əsas su xəttində baş verən qəza səbəbindən, əraziyə içməli suyun verilişi dayandırılıb. Səhər saatlarından problemin həlli istiqamətində tədbirlər görülür. Gün ərzində sözügedən ərazilər və yaxınlıqdakı bir neçə ünvanda su olmayacaq”.

Könül Cəfərli