Bu gündən Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa olundu

"Ölkə.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Bu gündən Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa olundu

Qərara əsasən, bununla belə, iri ticarət mərkəzlərinin və “Mall”ların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanları fəaliyyət göstərməyəcək.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıdan Şəkiyə ezam olunmuş əməkdaşları ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görür.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir. Həmçinin, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-i saat 00.00-dək uzadılıb.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Ölkə.Az