Bu gündən yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır

Bu gündən, iyunun 1-dən&yaşı 8-dən yuxarı olan uşaqların&fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır.&

Bu gündən yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır

Bu gündən, iyunun 1-dən ;yaşı 8-dən yuxarı olan uşaqların ;fərdi təhsilə cəlb olunması üçün qeydiyyat başlayır. ;

"Report" xəbər verir ki, bununla bağlı ;valideynlər ;www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra iyunun 1-dən ;yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya ;müraciət etməlidirlər.

Müraciətlərin qəbulu həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) həyata keçiriləcək.

Valideynlərə həmin komissiyaya övladını ;da özləri ilə gətirmələri tövsiyə olunur.

Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.