“Bu, Lavrovun təşəbbüsüdür” – Zaxarovdan Qarabağ açıqlaması

“Rusiya Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində əhalini sülhə hazırlamağa yönəlmiş digər humanitar tədbirləri alqışlayır”.

“Bu, Lavrovun təşəbbüsüdür” – Zaxarovdan Qarabağ açıqlaması
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Diplomatik nümayəndəliyin rəsmi nümayəndəsi xatırladıb ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri, rusiyalı həmkarı Sergey Lavrovun təşəbbüsü ilə 2019-cu ilin aprelində Moskvada keçirilmiş görüşdə media nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla bir sıra humanitar məsələlərdə əməli işlərə başlamağa razılıq verib:

“Belə səfərlərdən biri 17-21 noyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin əlaqələndirici rolu ilə baş tutdu. Bu səfərlərdə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdan olan jurnalistlər iştirak etdi. Bu müştərək tədbiri tərəflərin ermənilər və azərbaycanlılar arasında təmasları sıxlaşdırmaq niyyəti kimi qəbul edirik.

İnanırıq ki, əhalini sülhə hazırlamağa yönəlmiş bu cür humanitar aksiyalar davam edəcək və biz bunu mütləq dəstəkləyəcəyik”.

Birgə fəaliyyətin digər mümkün sahələri əhatə edəcəyi məsələsinə gəlincə, Zaxarova qeyd edib ki, bu, əsirlərin dəyişdirilməsi məsələsinin həllini də asanlaşdıra bilər:

“Rusiya "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəflərə lazımi vasitəçi yardımı göstərməyə davam edəcək”.