Bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

Bakıda iki marşrut avtobusun hərəkət istiqamətləri dəyişdiriləcək.

Bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
https://peyk.az

Peyk.az unikal.orga istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut: Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut: “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.