Bu ölkədə maskasız gəzənləri üç ilə qədər həbs gözləyir

Qətərdə ictimai yerlərdə maska ​​taxmayan şəxslər üç ilə qədər həbs ediləcək. Bu barədə “The Guardian” xəbər yayıb. Bundan əlavə, qaydanı pozanlar 55 min dollaradək cərimə ödəyəcəklər. Yalnız nəqliyyat vasitələrində olan sürücülər bu tələbdən azaddırlar. Qətərdə 30 mindən çox insanın COVID-19 testi müsbət...

Bu ölkədə maskasız gəzənləri üç ilə qədər həbs gözləyir

Qətərdə ictimai yerlərdə maska ​​taxmayan şəxslər üç ilə qədər həbs ediləcək.

Bu barədə “The Guardian” xəbər yayıb.

Bundan əlavə, qaydanı pozanlar 55 min dollaradək cərimə ödəyəcəklər. Yalnız nəqliyyat vasitələrində olan sürücülər bu tələbdən azaddırlar.

Qətərdə 30 mindən çox insanın COVID-19 testi müsbət nəticələnib.

Bu, 2,75 milyon nəfər əhalisi olan ölkə sakinlərinin 1,1 faizi deməkdir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, yalnız San Marino və Vatikanda adambaşına düşən yoluxma nisbəti daha yüksəkdir.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün məscidlər, eləcə də Qətərdəki məktəblər, ticarət mərkəzləri və restoranlar bağlanıb. Ölkə 2022-ci ilin futbol üzrə dünya çempionatına hazırlaşdığı üçün tikinti sahələri açıq qalır, eyni zamanda səlahiyyətlilər bu komplekslərdə sosial məsafə qaydalarına riayət olunmasını təmin etməyə çalışırlar. Üç stadionda çalışan işçilərin koronavirusa görə verdiyi testlərin nəticəsi müsbət olub.

Aprelin 26-dan inşaatçılar maska taxmaq məcburiyyətindədirlər.

Maska taxmaq hazırda təxminən 50 ölkədə tələb olunur, alimlər onları effektivlik dərəcələrinə görə bir neçə yerə ayırırlar. Çadda ictimai yerlərdə maska ​​olmadan görünmə cinayətdir; qaydanı pozanlar 15 günlük həbs cəzası ilə üzləşirlər. Mərakeşdə qanunu pozanlar üç ay müddətinə həbs oluna və 130 ABŞ dollarına qədər cərimə edilə bilərlər.