Bu ölkədə polis karantinə məhəl qoymayanları döydü - VİDEO

Pakistanda polislər koronavirusla əlaqədar tətbiq olunan karantin qaydalarını pozan şəxslərə qarşı fiziki güc tətbiq edib. “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, küçəyə çıxmamaq barədə xəbərdarlığa məhəl qoymayan dörd nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aşağıdakı görüntülərdən də məlum olduğu kimi,...

Bu ölkədə polis karantinə məhəl qoymayanları döydü - VİDEO

Pakistanda polislər koronavirusla əlaqədar tətbiq olunan karantin qaydalarını pozan şəxslərə qarşı fiziki güc tətbiq edib.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, küçəyə çıxmamaq barədə xəbərdarlığa məhəl qoymayan dörd nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aşağıdakı görüntülərdən də məlum olduğu kimi, qaydaları pozanlar saxlanılmazdan əvvəl asayiş keşikçiləri tərəfindən döyülüblər.

Qeyd edək ki, son rəsmi açıqlamaya əsasən, Pakistanda 5 716 nəfər koronavirusa yoluxub, 96 şəxs pandemiyanın qurbanı olub.