Bu ölkədə striptizçi qadınlar yarıçılpaq pizza ÇATDIRIR

''Ölkə.Az'' xəbər verir ki, Rusiyada pizza sifariş edənlər qapını açdıqda gözləmədikləri mənzərə ilə qarşılaşıblar. Dünyanın ən soyuq şəhəri Yakutskda koronavirus səbəbindən işsiz qalan striptizçi qadınlar evlərə pizza sifarişlərini çatdırırlar. Maska və əlcəkdən istifadə edən həmin kuriyerlər sifarişçilərdən və Yakutsk şəhər rəhbərlərindən böyük dəstək görüblər. Restoran sahibi Aleksander Skripin bu barədə açıqlama verərək ''Kuryer olaraq striptizçiləri işə götürməyə qərar verdik. Bizim əsl məqsədimiz karantin dövründə işsiz qalan insanlara yardım etməkdir'' sözlərini deyib. Şəhərin otel və restoran dərnəyinin sözcüsü kuriyer stiriptizçilərə cangüdənlərin yardım etdiyini və hər şeyin gigiyenik qaydalara uyğun olduğunu deyib. ;

Bu ölkədə striptizçi qadınlar yarıçılpaq pizza ÇATDIRIR

Ölkə.Az ;

;