Bu qan qrupu xərçəngə daha tez yoluxur

Orqanizmin toksin, virus və bakteriyalardan müdafiəsi qan qrupu ilə əlaqəlidir. 

Bu qan qrupu xərçəngə daha tez yoluxur
https://peyk.az

Peyk.az sonxebere istinadən xəbər verir ki, bu barədə avropalı alimlər açıqlama yayıblar. Alimlər son 25 il ərzində minlərlə pasientin məlumatlarını yoxlayıblar.
Müəyyən edilib ki, qan qrupu ilə xərçəng xəstəliyi arasında birbaşa əlaqə var. Birinci qan qrupuna aid insanlar xərçəngə çox yoluxurlar. Onlar digərlərinə nisbətən sağlamlıqlarını daha çox riskə atırlar. İkinci qan qrupu daşıyıcıları isə digərlərinə nisbətən xərçəngə az yoluxurlar. Onlar sağlam həyat tərzi sürməyi üstün tuturlar və zərərli vərdişlərə daha az meyl edirlər.
Həkimlər siqaret və içkidən uzaq durmağı, dərmanlardan ifrat istifadə etməməyi məsləhət görürlər.