Bu qış bu paltolar dəbdədir - 2020 (FOTO)

Çoxları üçün qışda dəbli görünmək çətin olur. Havanın soyuq olması ürəyiniz istəyən geyimi geyinməyə imkan vermir. Lakin doğru seçim edərək həm sağlamlığınzı qoruya, həm də dəbli görünə bilərsiniz. Buradakı əsas incə məqam isə seçdiyiniz üst geyimlərdir. Üst geyim seçimi ele edilməlidir ki, qışın soyuğunda üşümədən dəbli görünmək mümkün olsun. Bu qışın əsas üst geyim trendi uzun ətəkli paltolardır.

Bu qış bu paltolar dəbdədir - 2020 (FOTO)
https://peyk.az

Bəhs etdiyimiz kimi, bu il qışda uzun ətəkli paltolar xanımların diqqət mərkəzindədir. Daim dəb trendini izləyən xanımlar daha şux görünmək üçün bu palto modellərinə müraciət edə bilər. İncə uzun formada olan, qolları biləklərə qədər uzanan modelləri isə daha aktualdır.
Payız qış dəfilələrində "Chanel”dən "Chloe”yə "Calvin Kleindən” "Maison Margiela” ya qədər bir çox məşhur marka öz palto modelləri siyasına uzun paltoları artıq daxil edib. Bu paltoları həm klassik, həm də idman üslubundakı geyimlərinizlə uyğunlaşdırıb geyinə bilərsiniz. Rəng seçimin də xüsusi diqqətli olmağa çalışın ki, geyimin rəngi gözləri yormasın.

Bu qış dəbdə olacaq palto modellərindən məlumat verir.