Bu simptomlar koronavirusdan şübhələnməyə əsas verir

Xəstənin qızdırması 37,5 C-dən yuxarıdırsa və eyni zamanda onda aşağıda sadaladığımız simptomlardan heç olmasa biri varsa, bu koronavirusdan...

Bu simptomlar koronavirusdan şübhələnməyə əsas verir

Xəstənin qızdırması 37,5 C-dən yuxarıdırsa və eyni zamanda onda aşağıda sadaladığımız simptomlardan heç olmasa biri varsa, bu koronavirusdan şübhələnməyə əsas verir.

Bu simptomlar arasında:

- quru və ya az miqdarda bəlğəmin ifrazı ilə müşayiət olunan öskürək   

- boğaz ağrısı

- burunun tutulması

- sinədə ağırlıq, tutulma hissi

- iy və dadbilmənin pozulması və ya itməsi

- konyuktivit

- zəiflik

- əzələ ağrıları

- baş ağrısı

- qusma

- ishal

- dəridə səpkilər

- pulsoksimetrin (qanda oksigenin səviyyəsinin təyin edən cihaz) göstəricisinin 95%-dən aşağı olması.

Vaxt itirmədən təcili yardım çağırın!  

Saglamolun.azbildirir ki, koronavirus hiyləgər infeksiyadır və özünü çox cüzi simptomlarla büruzə verə bilir. İnsanlar daim diqqətli olmalı və sağlamlığında şübhəli dəyişikliklər hiss etdikdə vaxt itirmədən həkimə müraciət etməlidirlər.     Peyk.Az

Peyk.Az