Burundi Prezidenti dünyasını dəyişdi

Burundi Prezidenti Pyer Nkurunziza dünyasını dəyişib. “Peyk.AZ” bildirir ki, bu barədə “gazeta.ru” xəbər verib. Onun 55 yaşı var idi. Siyasətçin

Burundi Prezidenti dünyasını dəyişdi

Burundi Prezidenti Pyer Nkurunziza dünyasını dəyişib. “Peyk.AZ” bildirir ki, bu barədə “gazeta.ru” xəbər verib.

Onun 55 yaşı var idi. Siyasətçinin ölümünə səbəb ürəktutması olub.

Nkurunziza 2005-ci ildən ölkə başçısı postunu tuturdu. Onun prezidentlik müddəti avqust ayında başa çatacaqdı.

Qeyd edək ki, 2020-ci il mayın 20-də Burundidə prezident seçkiləri keçirilmişdi, lakin Nkurunziza öz namizədliyini irəli sürməmişdi. Seçkilərdə 68,72 % səslə hakim CNDD-FDD partiyasından namizəd Evarist Ndayşiyemiye qalib gəlmişdi.