Bəzi şagirdlər buraxılış imtahanına gəlməyə bilər

9-cu sinfi bitirən şagirdlərin bir qismi istisna hal olaraq iyunda keçiriləcək buraxılış imtahanında iştirak etməyə bilər.  “Peyk.AZ” xəbər veri

Bəzi şagirdlər buraxılış imtahanına gəlməyə bilər

9-cu sinfi bitirən şagirdlərin bir qismi istisna hal olaraq iyunda keçiriləcək buraxılış imtahanında iştirak etməyə bilər. 

“Peyk.AZ” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov verib. O bildirib ki, əgər həmin şagird orta ixtisas təhsil müəssisələrinə sənəd vermək istəmirsə və hazırda oxuduğu ümumtəhsil müəssisəsindən kənardadırsa, onun üçün Dövlət İmtahan Mərkəzi sentyabr ayında imtahan təşkil edəcək: “Sözügedən şagirdlər sentyabrdakı imtahanda iştirak edə bilərlər.

Bu istisnanın məqsədi odur ki, nə qədər az insan bir araya gəlsə, virusun yoluxma ehtimalı aşağı düşür. Odur ki, mövcud vəziyyəti nəzərə alaraq həmin şagirdlərin iyun ayında imtahanda iştirakına zərurət yaranmır”.

Günel Hacı