Cənubi Koreyada “spasibo” desəniz, sizi döyə bilərlər

Rusca elə sözlər var ki, başqa dillərdə təhqir kimi səslənir. Məsələn, Cənubi Koreyada “spasibo” desəniz, sizi döyə bilərlər.

Cənubi Koreyada “spasibo” desəniz, sizi döyə bilərlər
https://peyk.az

Peyk.az xəbər verir ki, rusca işlədilən 6 söz başqa dillərdə çox ağır ifadə kimi qəbul edilir. Xüsusilə ingilislərin ürəyincə olmayan sözlər var.

Smelıy (cəsur) – İngilislər bunu “smelly” sözünə bənzədirlər. Yəni “iy verən”. Bunu ingilislərin əksəri təhqir sayacaq.

Skromnıy (təvazökar, ciddi) – Bu da ingiliscə “scrowny” sözünə çox oxşayır. Məşhur “bir dəri, bir sümük” ifadəsindən söhbət gedir. İngilislərin belə adlandırılmaq heç xoşuna gəlmir.

Naqlıy (həyasız, sırtıq) – İngilislərə “ugly” (eybəcər) sözünü xatırladır.

Spasibo (çox sağ olun) – Cənubi Koreyada, yəqin elə Şimali Koreyada da sizi bu ifadəyə görə bağışlamazlar. Yaxşısı budur, “thanks” ilə keçinin. “Spasibo” bir söyüşə bənzəyir.

Nastya və Qalina (rus qadın adları) – “Nasty” ingiliscə “iyrənc”, “qalina” isə italyanca “toyuq” deməkdir.

Sçyot (hesab) – Fransada bunu demək sizi çətin vəziyyətə salar. Sizə tualeti göstərəcəklər.