Castin Trudo ikinci dəfə Baş Nazir kimi qələbə qazandığını açıqlayıb

Castin Trudo ikinci dəfə Baş Nazir kimi qələbə qazandığını açıqlayıb

Castin Trudo ikinci dəfə Baş Nazir kimi qələbə qazandığını açıqlayıb

Kanadanın Baş Naziri Castin Trudo ümummilli seçkilər zamanı ikinci dəfə Baş Nazir kimi qələbə əldə etdiyini bildirib. 

Peyk.az “voiceamerica”ya istinadla xəbər verir ki, onun Liberal Partiyası hakim partiya statusunu saxlaması üçün kifayət qədər yer qazanıb.

Trudo xanımı ilə bərabər partiyanın Baş qərargahında böyük sevinclə qarşılanıb.

"Bu gecə kanadalılar parçalanma və neqativliyi rədd etdilər. Onlar proqressiv bir məqsədə və iqlim dəyişikliyinə dair ciddi əmələ səs verdilər”, - deyə Baş nazir bildirib.

Kanadanın Yayım Korporasiyasının bildirdiyinə görə, Trudonun partiyası parlamentdə mühafizəkarlardan daha çox səs qazanıb, lakin əksəriyyət çoxluğu əldə edə bilməyib.

Baş nazir 24 yer qazanan Yeni Demokratlarla koalisiya hökuməti qurmalıdır.