Çavuşoğlu: «Makron terrora dəstək verir»

Türkiyə Fransa prezidenti Emmanuel Makronu Suriya ilə bağlı açıqlamalarında terrora dəstək verməkdə ittiham edir. 

Çavuşoğlu: «Makron terrora dəstək verir»
https://peyk.az

Peyk.az «Lefigaro.fr »ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər Naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib: 

"Makron terror təşkilatının xaç atası olaraq onları daim Yelisey sarayında qəbul edir. O, terror təşkilatını Fransanın müttəfiqi adlandırırsa, deyiləsi başqa bir söz yoxdur». 

Qeyd edək ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriyanın şimalında PKK/YPG və İŞİD terror dəstələrinə qarşı hərbi əməliyyatlara başlayıb.