“Çelsi”nin skautları Vernerlə Dembeleni izlədi

“Çelsi” qış transfer pəncərəsində heyətini gücləndirmək üçün futbolçu axtarışındadır.

“Çelsi”nin skautları Vernerlə Dembeleni izlədi
https://peyk.az

Peyk.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” “Lion”un hücumçusu Musa Dembele və “Leyptsiq”in hücumçusu Timo Verneri transfer etmək istəyir.

Komandanın skautlarının ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda keçirilən “Lion” - “Leyptsiq” matçında oyunçuları izlədiyi bildirilib.