Çempionlar Liqası tarixinin reytinqi:Klublarımız neçəncidir? - SİYAHI

Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

Çempionlar Liqası tarixinin reytinqi:Klublarımız neçəncidir? - SİYAHI

Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

Peyk.az xəbər verir ki, 1955-2020-ci illəri əhatə edən reytinq cədvəlində Azərbaycan 7 klubla təmsil olunub.

Ən yaxşı göstəriciyə sahib komandamız Azərbaycanı avrokuboklarda uğurla təmsil edən “Qarabağ”dır. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb.

“Neftçi” 169-cu olub. Bakı klubunun aktivində 15 xal var. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici “Bakı” (6 xal) klubuna məxsusdur.

Azərbaycanın bütün komandalarının reytinq sıralaması:

84. “Qarabağ” – 41 xal 169. “Neftçi” – 15 xal 269. “Bakı” – 6 xal 294. “Keşlə” (İnter) – 5 xal 396. “Şəmkir” – 2 xal 397. “Kəpəz” – 2 xal 424. “Xəzər Lənkəran” – 1 xal

www.peyk.az