Home Kriminal Çempionu öldürən Anara 18 il həbs verilib

Çempionu öldürən Anara 18 il həbs verilib

167
0

Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə Dünya və Avropa çempionu Andrey Draçovun qətlində təqsirli bilinən azərbaycan Anar Allahverənova hökm oxunub.

PEYK.Az Azvision.az -a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə A.Allahverənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə son sözlə çıxış edən həmyerlimiz dünya çempionunun ailəsindən üzr istəyib.

Qeyd edək ki, ötən ilin avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində aralarında yaranan mübahisə zəminində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here