Çexiyaya ayaqqabı dabanında narkotik göndərmək istəyənlər tutuldu - VİDEO

İyulun 27-də Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kütləvi informasiya vasitələrində adları istintaqa məlum olmayan, gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilən, lakin məsuliyyətdən yayınmağa müvəffəq olan şəxslərin foto və videogörüntüləri yayımlanıb. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat...

Çexiyaya ayaqqabı dabanında narkotik göndərmək istəyənlər tutuldu - VİDEO

İyulun 27-də Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən kütləvi informasiya vasitələrində adları istintaqa məlum olmayan, gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilən, lakin məsuliyyətdən yayınmağa müvəffəq olan şəxslərin foto və videogörüntüləri yayımlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, yayılan xəbərdən dərhal sonra ictimaiyyətin dəstəyi ilə daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin kimliyi və olduqları yer aşkarlanıb, onlar tutularaq istintaqa cəlb ediliblər.

Müəyyən olunub ki, onlar Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gürcüstan vətəndaşları - 1974-cü il təvəllüdlü Rasim Mehtiyev və 1979-cu il təvəllüdlü Aynur Əhmədova adlı şəxslərdir.

Baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, cari ilin fevral ayının 16-da Əhmədova Aybəniz Əhməd qızı adından bir ədəd eynək və iki ədəd ayaqqabı kimi bəyan edi­lərək “Azerexpresspost” poçt daşımaları şirkəti vasitəsilə Azərbaycan Respub­lika­sından Çexiya Respublikasına göndərilən poçt bağlaması Heydər Əliyev Beynəlxalq Hava Limanının Bakı Karqo Terminalında gömrük nəzarətindən keçirilərkən rentgen aparatında şübhəli təsvirlər müşahidə edilib.

Kinoloji xidmət itinin reaksiyasına əsasən aparılmış baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bağlamanın içərisindəki iki cüt ayaqqabının hər birinin daban hissəsindəki boşluqda gümüşü rəngli falqalara bükülərək gömrük nəzarətindən gizlədilmiş dörd bükümdə, ümumilikdə 91,743 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Aparılmış istintaqla Əhmədova Aybəniz Əhməd qızı adından göndərilən narkotik vasitənin sonuncu tərəfindən deyil, onun adından şəxsiyyətləri istintaqa mə­lum olmayan digər şəxslər tərəfindən göndərilməsi müəyyən edilib.

İstintaqın ilkin mərhələsində görülmüş bütün zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olma­yıb.

Məlum foto və videogörüntülər yayımlandıqdan sonra tutularaq istintaqa cəlb edilən Rasim Mehtiyev və Aynur Əhmədovanın əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmasına əsaslı şübhələr müəyyən edildiyindən hər ikisinə həmin maddələrlə ittiham elan edilərək barələrində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.  

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.