Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!

Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyənin İzmir şəhərində baş verən zəlzələyə görə başsağlığı verib. Peyk.az-ın məlumatına görə, bu barədə XİN […]

Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!

Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyənin İzmir şəhərində baş verən zəlzələyə görə başsağlığı verib.

Peyk.az-ın məlumatına görə, bu barədə XİN rəhbəri rəsmi “Facebook” səhifəsində etdiyi paylaşımda bildirib.

Nazir paylaşımında bildirib: “Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”.

www.Peyk.az